...

İltimas Məmmədov: LTE şəbəkəsi Azərbaycanın ucqar rayonlarında genişzolaqlı internetin əlçatan olması üçün platforma olacaq

Telekommunikasiya Materials 16 May 2014 13:01 (UTC +04:00)
LTE mobil şəbəkəsi Azərbaycanın ucqar yaşayış məntəqələrində genişzolaqlı internetə çıxışı təmin etmək üçün platforma olacaq.
İltimas Məmmədov: LTE şəbəkəsi Azərbaycanın ucqar rayonlarında genişzolaqlı internetin əlçatan olması üçün platforma olacaq

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir H.Vəliyev/

LTE mobil şəbəkəsi Azərbaycanın ucqar yaşayış məntəqələrində genişzolaqlı internetə çıxışı təmin etmək üçün platforma olacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov AMEA-nın İnfofrmasiya Texnologiyaları İnstitutunda (İTİ) Ümumdünya Elektrik Rabitəsi və İnformasiya Cəmiyyəti Gününə həsr edilmiş elmi-praktik konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, genişzolaqlı internetin inkişafı layihəsində nəzərdə tutulmuş simsiz xidmətlərin genişləndirilməsi üzrə işlərin reallaşdırılmasına yaxın günlərdə başlanacaq. Layihə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən maliyyələşdiriləcək.

İ.Məmmədovun qeyd etdiyi kimi, mayın 10-da nazirliyin kollegiyasının qərarı ilə "Aztelekom" və "Bakı Telefon Rabitəsi" İstehsalat birliklərinə son üç ay ərzində genişzolaqlı internetin genişləndirilməsi üzrə pilot layihənin reallaşdırılması həvalə olunub.

Pilot layihə müasir telekommunikasiya və genişzolaqlı xidmətlərə daha çox tələbatın olduğu regionlarda ("Milli genişzolaqlı internetin inkişafı" layihəsi başlayanadək) həyata keçiriləcək: "Aztelekom" dövlət operatorunun qiymətləndirmələrinə görə, bu müddət ərzində genişzolaqlı internetin inkişafına qoyulan investisiyalar bir il ərzində öz xərcini çıxara bilər ki, bu da əhalinin alıcılıq qabiliyyətinin yüksək səviyyəsi ilə şərtlənir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti