...

Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsinin həcmi il ərzində 20 faizdən çox artıb

Telekommunikasiya Materials 11 İyun 2014 16:45 (UTC +04:00)
2014-cü ilin yanvar-may aylarında istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 8,3 milyard manatlıq və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,8 faiz çox əmtəə satılıb.
Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsinin həcmi il ərzində 20 faizdən çox artıb

Azərbaycan, Bakı, 11 iyun /Trend/

2014-cü ilin yanvar-may aylarında istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 8,3 milyard manatlıq və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,8 faiz çox əmtəə satılıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, istehlak mallarının 51,3 faizini qida məhsulları, içkilər və tütün məmulatları, 48,7 faizini qeyri-ərzaq malları təşkil edib, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 3,7 faiz bəndi artıb.

Cari ilin beş ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-may aylarına nisbətən 20,6 faiz artaraq 1,1 milyon manat təşkil edib.

Əhali real vaxt rejimində sifariş verdikləri istehlak mallarının 79,7 faizini hüquqi, 20,3 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb.

Elektron ticarət dövriyyəsinin 90,8 faizini qeyri-ərzaq malları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti