...

Azərbaycanda qeyri-leqal softdan istifadənin səviyyəsi 85 faizədək azalıb

Telekommunikasiya Materials 24 İyun 2014 12:44 (UTC +04:00)
2013-cü ildə Azərbaycanda pirat proqram təminatından istifadənin səviyyəsi 85 faiz təşkil edib ki, bu da 2011-ci ildəkindən 2 bənd azdır.
Azərbaycanda qeyri-leqal softdan istifadənin səviyyəsi 85 faizədək azalıb

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

2013-cü ildə Azərbaycanda pirat proqram təminatından istifadənin səviyyəsi 85 faiz təşkil edib ki, bu da 2011-ci ildəkindən 2 bənd azdır. Bu barədə Trend çərşənbə axşamı "International Data Corporation"nın (IDC) 2013-cü il ərzində araşdırmalarına əsaslanaraq tərtib edilmiş BSA-nın hesabatına (Business Software Alliance) istinadən məlumat verir.

Azərbaycanda son illər vəziyyətin sabit yaxşılaşması müşahidə edilir. Ölkədə pirat məhsullarının səviyyəsi 2006-cı ildə 94 faiz, 2007-ci ildə 92 faiz, 2008-ci ildə 90 faiz, 2009-2010-cu illərdə 88 faiz və 2011-ci ildə 88 faiz olub.

Ötən il Azərbaycanda qeyri-leqal istifadə edilən proqram təminatı bazarının həcmi 103 milyon dollar olub ki, bu da 2011-ci ilin göstəricisindən 36 milyon dollar çoxdur.

Moldovada pirat məhsullarının səviyyəsi 90 faiz, Ermənistan və Belarusda 86 faiz, Ukraynada 83 faiz, Qazaxıstanda 74 faiz, Rusiyada 62 faiz, Gürcüstanda 90 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti