...

Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsinin həcmi il ərzində 16 faizə yaxın artıb

Telekommunikasiya Materials 11 İyul 2014 17:06 (UTC +04:00)
2014-cü ilin birinci yarısında Azərbaycanda istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 10,1 milyard manatlıq və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz çox əmtəə satılıb.
Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsinin həcmi il ərzində 16 faizə yaxın artıb

Azərbaycan, Bakı, 11 iyul /Trend/

2014-cü ilin birinci yarısında Azərbaycanda istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 10,1 milyard manatlıq və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz çox əmtəə satılıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, istehlak mallarının 5,1 milyard manatını qida məhsulları, içkilər və tütün məmulatları, 5,0 milyard manatını qeyri-ərzaq malları təşkil edib, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 3,5 faiz bəndi artıb.

Cari ilin altı ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-iyun aylarına nisbətən 15,8 faiz artaraq 1,3 milyon manat təşkil edib.

Əhali real vaxt rejimində sifariş verdikləri istehlak mallarının 78,7 faizini hüquqi, 21,3 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb.

Elektron ticarət dövriyyəsinin 90,6 faizini qeyri-ərzaq malları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti