...

Azərbaycanın dövlət rabitə operatorları yeni ödəniş sisteminə qoşulublar

Telekommunikasiya Materials 11 Sentyabr 2014 18:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) respublika üzrə "EasyPay" terminallarında stasionar telefoniya və internet xidmətlərinin ödənişini əlçatan edib. Bu barədə Trend-ə MHM-dən deyiblər.

Ödəniş xidmətlərinin göstərilməsi üzrə müvafiq müqavilə MHM, "EasyPay" MMC, "Aztelekom" və "Bakı Telefon Rabitəsi" İB-ləri arasında imzalanıb.

Ödəniş sisteminin proqram hissəsi MHM mütəxəssisləri tərəfindən hazırlanıb. Stasionar telefoniyanın abonentləri borclar haqqında öyrənə, telefon rabitəsi, şəhərlərarası və beynəlxalq rabitə xidməti, habelə interner xidmətləri üzrə ödəniş edə bilərlər.

Aparılan bütün ödənişlər MHM-in billinq sistemində avtomatik qeydə alınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti