...

"Elektron Hökumət" portalına daxil olmaq üçün kod-parolun verilməsinin mobil versiyası hazırlanır

Telekommunikasiya Materials 12 Noyabr 2014 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir Hüseyn Vəliyev/

"Elektron Hökumət" portalının operatoru Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən daha bir yenilik yaxın vaxtlarda vətəndaşlara təqdim ediləcək. Məlumat Hesablama Mərkəzindən Trend-ə daxil olan məlumata görə, belə ki, "Elektron Hökumət" portalına (www.e-gov.az) daxil olmaq üçün tələb olunan kod-parolun daha sadələşdirilmiş şəkildə əldə edilməsi mümkün olacaq.

Əvvəlki qaydaya əsasən vətəndaş qeydiyyat mərkəzlərinə yaxınlaşaraq kod-parol zərfləri əldə etməli idisə, yeni mobil versiya vasitəsilə vətəndaş şəxsiyyət vəsiqəsi üzrə operator tərəfindən identifikasiya edildikdən sonra, vətəndaşın istifadəçi adı qeyd ediləcək, portala daxil olmaq üçün tələb olunan şifrə isə sistem tərəfindən birbaşa vətəndaşın mobil telefonuna SMS vasitəsilə göndəriləcəkdir. Bu yenilik prosesin daha da sadələşdirilməsi, vətəndaşların vaxtına qənaət edilməsi və operatorun iş səmərəsinin artırılması üçün nəzərdə tutulub.

Portal üzrə aparılan işlərdə mövcud əməliyyatların sadələşdirilməsi, istifadəçi işinin səmərəsini artıracaq funksiyaların yaradılması, mövcud elektron xidmətlərin keyfiyyətinin artırılması və yeni xidmətlərin yaradılması əsas prioritet istiqamətlər hesab olunur.

Hazırda qurumlar tərəfindən portala əlavə edilməsi zəruri hesab edilən sosial xidmətlərin elektronlaşdırılaraq yaxın vaxtlarda vətəndaşlara təqdim edilməsi üçün təkliflər hazırlanmaqdadır. "Elektron Hökumət" portalının operatoru kimi MHM-in əsas məqsədi portalı bütün vətəndaşlar üçün daha sadə və əlçatan etmək və hələ də elektronlaşmayan, lakin sosial tələbat olan xidmətlərin portal vasitəsilə vətəndaşlara təqdim edilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti