...

Elektron hökumət portalında gömrük rüsumlarının ödənilməsi mümkündür

Telekommunikasiya Materials 23 Fevral 2015 11:45 (UTC +04:00)
"Elektron hökumət" portalında (e-gov.az) gömrük rüsumlarının ödənilməsi mümkündür.
Elektron hökumət portalında gömrük rüsumlarının ödənilməsi mümkündür

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir Hüseyn Vəliyev/

"Elektron hökumət" portalında (e-gov.az) gömrük rüsumlarının ödənilməsi mümkündür. Trend xəbər verir ki, bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatında bildirilir.

Elektron ödənişlər Dövlət Gömrük Komitəsinin (DGK) e-xidmət bölməsində həyata keçirilir. Hazırda portalda DGK-nın elektron xidmətlərinin sayı 6-ya çatıb.

Portala giriş elektron rəqəmli imzadan (ERİ), verifikasiya məlumatları (loqin və parol), həmçinin portalda qeydiyyatdan keçdikdən sonra elektron formada almağın mümkün olduğu mobil müəyyənləşdirmə sistemindən istifadə etməklə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti