...

Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsinin həcmi artıb

Telekommunikasiya Materials 15 May 2015 03:38 (UTC +04:00)
2015-ci ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 7,5 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz çox əmtəə satılıb.
Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsinin həcmi artıb

Azərbaycan, Bakı, 15 may /Trend/

2015-ci ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 7,5 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz çox əmtəə satılıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, satılmış istehlak mallarının 50,1 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,9 faizini qeyri-ərzaq malları təşkil edib və qeyri-ərzaq mallarının xüsusi çəkisi 2014-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 1,9 faiz bəndi artıb.

Cari ilin ilk dörd ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin yanvar-aprel aylarına nisbətən 1,8 dəfə artaraq 3,7 milyon manat təşkil edib. Əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının 92,8 faizini hüquqi şəxslərin, 7,2 faizini fərdi sahibkarların elektron ticarət şəbəkəsindən alıb. Elektron ticarət dövriyyəsinin 96,4 faizini qeyri-ərzaq malları təşkil edib.

2015-ci ilin yanvar-aprel aylarında ictimai iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz artaraq 289,9 milyon manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 124,0 milyon manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektləri üzrə isə 165,9 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti