...

Azərbaycanda 4G şəbəkəsi onlayn xidmətlərin işə salınmasında istifadə ediləcək

Telekommunikasiya Materials 30 Avqust 2015 13:00 (UTC +04:00)
“CarDoctor” nəqliyyat vasitələrinin onlayn diaqnostika sisteminin cihazları LTE (Long term Evolution) şəbəkəsini dəstəkləyəcək.
Azərbaycanda 4G şəbəkəsi onlayn xidmətlərin işə salınmasında istifadə ediləcək

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir Hüseyn Vəliyev/

"CarDoctor" nəqliyyat vasitələrinin onlayn diaqnostika sisteminin cihazları LTE (Long term Evolution) şəbəkəsini dəstəkləyəcək. Bu barədə Trend-ə layihə rəhbəri Azər Əliyev məlumat verib.

O bildirib ki, xidmətin fəaliyyətə başlamasının oktyabr ayına təxirə salınmasının səbəbi də budur: "Əvvəl məlumatların ötürülməsi üçün 3G şəbəkəsi nəzərdə tutulsa da, dördüncü nəsil şəbəkələrinin aktuallığını nəzərə alıb, LTE şəbəkəsinə üstünlük verildi. LTE şəbəkəsini dəstəkləyən "CarDoctor" sistemi otyabr ayında bazara çıxarılacaq. Sistemin proqram hissəsi istismara hazırdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti