Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir Hüseyn Vəliyev/
Dördüncü mobil rabitə operatorunun yaradılması Azərbaycan bazarı üçün qeyri-rentabelli olardı. Trend-in məlumatına görə, bunu jurnalistlərə "Bakcell" şirkətinin icraçı direktoru Riçard Şirer deyib.
R.Şirer bildirib ki, hazırda xüsusilə Avropada mobil rabitə operatorlarının sayında azalma tendensiyası müşahidə edilir ki, bu da dünya maliyyə bazarının qeyri-rentabelliyi ilə şərtlənir: "Bu, ümumi tendensiyadır və bizə aydın deyil ki, neftin qiymətlərinin azalması fonunda Azərbaycanda dördüncü mobil operatoru necə yaradıla bilər".