...

Azərbaycanda e-ticarət bazarının həcmi 10 milyon manatı ötüb

Telekommunikasiya Materials 11 Noyabr 2015 16:25 (UTC +04:00)
2015-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlakçılara 20,4 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,2 faiz çox məhsul satılıb.
Azərbaycanda e-ticarət bazarının həcmi 10 milyon manatı ötüb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

2015-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlakçılara 20,4 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,2 faiz çox məhsul satılıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın həcmi 10,0 faiz artaraq 10168,3 milyon manata, qeyri-ərzaq məhsulları üzrə isə 13,4 faiz artaraq 10224,8 milyon manata bərabər olub.

Cari ilin on ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 1,9 dəfə artaraq 10,5 milyon manat təşkil edib. Elektron ticarət vasitəsilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 91,9 faizi hüquqi şəxslərdən, 8,1 faizi isə fərdi sahibkarlardan alınıb. Elektron ticarət dövriyyəsinin 96,3 faizi qeyri-ərzaq məhsullarının payına düşüb.

2015-ci ilin yanvar-oktyabr aylarında iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,1 faiz artaraq 841,6 milyon manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 366,7 milyon manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar üzrə isə 474,9 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti