...

"Azercell" brendi dəyişdiriləcəkmi?

Telekommunikasiya Materials 24 Fevral 2016 16:15 (UTC +04:00)
Azercell Telecom-un təsisçisinin dəyişməsi şirkətin gələcək fəaliyyətinə təsir etməyəcək.
"Azercell" brendi dəyişdiriləcəkmi?

Bakı. Hüseyn Vəliyev - Trend:

Azercell Telecom-un təsisçisinin dəyişməsi şirkətin gələcək fəaliyyətinə təsir etməyəcək. Şirkət Azərbaycanın mobil rabitə xidmətləri bazarında strategiyasını və mövqeyini qoruyacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə şirkətin prezidenti Vahid Mürsəliyev deyib.

Yeni təsisçi tərəfindən "TeliaSonera"nın payının alınmasından sonra "Azercell" brendinin dəyişdirilməsi ehtimalı ilə bağlı suala cavab verən V.Mürsəliyev bu ehtimalı istisna etməyib. Hərçənd, onun sözlərinə görə, bunun heç bir mənası yoxdur, çünki "Azercell" ölkənin mobil rabitə bazarında artıq davam gətirmiş brenddir.

Şirkət rəhbəri, həmçinin son illərdə Azercell-in bazar payının azalması məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə əsasən, bu, 2014-cü ildən istifadə edilən yeni hesablama texnologiyasının tətbiqi ilə əlaqədardır: "Hazırda Azercell-in bazar payı 48 faizdir. 2011-ci ildə bu göstərici 55 faiz səviyyəsində olub. Birmənalı olaraq deyə bilərəm ki, son 3 ildə Azercell-in bazar payı sabit olub. Abonent bazasında müəyyən artım müşahidə olunub. Köhnə hesablama metodologiyası ilə Azercell-in payını qiymətləndirsək, bu rəqəm 51-52 faiz arasında dəyişəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti