...

Azercell: Mobil operatorların səsli xidmətləri gələcəkdə əhəmiyyətini itirəcək

Telekommunikasiya Materials 27 Oktyabr 2018 16:09 (UTC +04:00)
Mobil rabitə operatorları tərəfindən təqdim edilən səsli xidmətlər aktuallığını gələcəkdə daha da itirəcək.
Azercell: Mobil operatorların səsli xidmətləri gələcəkdə əhəmiyyətini itirəcək

Bakı. Hüseyn Vəliyev - Trend:

Mobil rabitə operatorları tərəfindən təqdim edilən səsli xidmətlər aktuallığını gələcəkdə daha da itirəcək.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə "Azercell" in prezidenti Vahid Mürsəliyev deyib.

V.Mürsəliyevin sözlərinə görə, bu gün məlumatların ötürülməsi xidmətlərinə daha çox tələbat var:

"Messencer və sosial şəbəklərin populyarlığı fonunda SMS göndərmə xidmətinə tələbat da azalır. Hesab edirik ki, bu xidmətin istifadəçi auditoriyası daha da azalacaq. Yaxın gələcəkdə biz məhsul siyahımızdan bunu çıxarmağı düşünmürük, ancaq zaman göstərəcək.

Texnologiyalar o qədər sürətlə inkişaf edir ki, indi bir çox məsələləri əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Bizim telekommunikasiya infrastrukturu dünya trendlərindən geri qalmır, hətta bir çox hallarda onu qabaqlayır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti