...

“AzInTelecom” tərəfindən ali təhsil müəssisələrinə “Microsoft” lisenziyalarının verilməsi davam edir

Telekommunikasiya Materials 9 Avqust 2019 19:11 (UTC +04:00)
Ali təhsil müəssisələri və dövlət qurumlarının “Microsoft” lisenziyaları ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir.
“AzInTelecom” tərəfindən ali təhsil müəssisələrinə “Microsoft” lisenziyalarının verilməsi  davam edir

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC və “Microsoft” şirkəti arasında imzalanan əməkdaşıq sazişinə əsasən, ali təhsil müəssisələri və dövlət qurumlarının “Microsoft” lisenziyaları ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, məqsəd ölkəmizdə əqli mülkiyyət hüquqlarının qorunması və innovasiya ekosisteminin inkişaf etdirilməsidir.

“AzInTelecom” cari ayın əvvəlindən ali təhsil müəssisələrinə “Microsoft” lisenziyalarının ödənişsiz verilməsinə başlayıb. Artıq 46 ali təhsil müəssisəsi və 379 tələbə tərəfindən “Windows 10 Education” və “Office 365 Education” proqram təminatlarının lisenziyaları istismar olunur.

Xatırlatmaq istərdik ki, hazırda tələbələr “www.edulicense.az” saytına daxil olaraq rahat şəkildə qeydiyyatdan keçib lisenziyanı heç bir ödəniş etmədən əldə edə bilərlər. Bu da ümumilikdə ölkə üzrə lisenziyalı proqram təminatı istifadəçilərinin sayının artımına gətirib çıxaracaqdır.

Sözügedən saziş çərçivəsində təkcə ali təhsil müəssisələrində deyil, həm də dövlət sektorunda lisenziyaların verilməsi işləri davam etdirilir.

“AzInTelecom” haqqında

Müştərilərə öz əsas işlərilə məşğul olmağa imkan verən regional rəqəmsal həllər provayderi olmağı özünə hədəf seçən “AzInTelecom” MMC rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim edir. “AzInTelecom” öz şirkət strategiyasını insana dəyər, etibarlılıq, innovativlik, çeviklik, şəffaflıq və məxfiliyin qorunması kimi fundamental dəyərlər ətrafında formalaşdırıb. “AzInTelecom” MMC-nin 3 əsas fəaliyyət istiqaməti mövcuddur:

Azərbaycan və dünya ölkələri arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili.
Regional Data Mərkəzi nəzdində “İnfrastruktur xidmət kimi” (IaaS) və bulud əsaslı xidmətlər.
Azərbaycan Respublikası ərazisində satışı, istismarı və istehsalı həyata keçirilən telekommunikasiya vasitə və qurğularının sertifikatlaşdırılması.

“AzInTelecom” və onun xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün “www.azintelecom.az” və “www.azcloud.az”veb-saytlarından istifadə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti