...

Azərbaycanda populyar kompüter oyunları üzrə onlayn çempionat keçiriləcək

Telekommunikasiya Materials 11 Avqust 2020 10:11 (UTC +04:00)
Azərbaycanda populyar kompüter oyunları üzrə onlayn çempionat keçiriləcək

Bakı. Trend:

Avqustun 21-i İntel və Lenovo şirkətlərinin sponsorluğu və ENGİNET şirkətinə məxsus BİRLink brendinin tərəfdaşlığı ilə Azərbaycanda Legion Cup Azerbaijan adlı turnirə start verilir. Onlayn formatda keçiriləcək yarış iki mərhələyə bölünərək kiberidman sevənlər arasında populyar üç oyun üzrə keçirilməsi planlaşdırılır.

Beləliklə, Azərbaycanın ən güclü komandaları avqust ayının 21-dən 30-dək Dota2, HearthStone, sentyabrın 1-dən 13-dək isə Counter Strike: Global Offensive oyunları üzrə birincilik uğrunda mübarizə aparacaqlar.

Qaliblərə BİRLink brendi tərəfindən pul mükafatları və dəyərli hədiyyələr təqdim olunacaqdır.

1 yer – 850 AZN

2 yer – 350 AZN

3 yer – 150 AZN

4 yer– Mouse Legion M500 GAMING Wired RGB x5

5 yer– Lenovo Y Stereo GAMING Headset x5

6 yer– Backpack Lenovo B210 x5

Əlavə olaraq, turnirdə iştirak edən bütün oyunçulara 21avqust -13 sentyabr tarixləri ərzində https://division.az/ saytında Legion Lenovo noutbukunun bütün modelləri 10 % endirimlə təklif olunacaq.

Qeyd edək ki, turnirə 5 avqust tarixindən başlayan qeydiyyat ayın 19-na kimi davam edəcək. Odur ki, turnirin təşkilatçı və tərəfdaşları bütün kompüter oyunları həvəskarlarını qeydiyyatdan keçməyə və oyunlarda iştirak etməyə dəvət edir. Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olmaq olar.

legion.passport.gg

Onlayn turnirlə bağlı ətraflı məlumatı https://discord.gg/MNMqVGT saytından ala bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti