...

Facebook Fransa hökumətinə 100 milyon avrodan çox vergi ödəyəcək

Telekommunikasiya Materials 24 Avqust 2020 22:08 (UTC +04:00)

Bakı. Trend:

"Facebook" Fransa dövlətinə son on ildə korporativ vergi ilə bağlı əlavə 106 milyon avro ödəyəcək.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.

"Vergi öhdəliklərimizi ciddiyə alırıq, fəaliyyət göstərdiyimiz bazarlarda vergi ödəyirik və yerli vergi orqanları ilə sıx işləyirik", - şirkətdən xəbər verilib.

Bildirilir ki, ödəmələr 2009-2018-ci illər üçün əlavə vergilərə aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti