...

“Google Chrome” veb-brauzerində boşluq aşkarlanıb

Telekommunikasiya Materials 27 Sentyabr 2021 19:24 (UTC +04:00)
“Google Chrome” veb-brauzerində boşluq aşkarlanıb

Bakı. Çingiz Səfərli - Trend:

“Google” şirkətinin “Chrome” veb-brauzerində aktiv şəkildə istifadə olunan (o-day) təhlükəsizlik boşluğu aşkarlanıb.

Trend-in məlumatına görə, mövcud boşluğu aradan qaldırmaq üçün “Google” şirkəti tərəfindən Windows, Mac və Linux istifadəçiləri üçün yeni təhlükəsizlik yeniləməsi – “Google Chrome” veb-brauzerinin 94.0.4606.61 versiyası təqdim edilib.

Mövcud boşluqdan istifadə etməklə hədəf sistemlərə nəzarətin ələ keçrilməsi ehtimal olunur. Nöqsanın 94.0.4606.61 versiyasından öncəki “Google Chrome” versiyalarına təsir göstərdiyi qeyd olunur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti istifadəçi və inzibatçıları “Google” şirkəti tərəfindən təqdim edilən yeniləmələri nəzərdən keçirməyə və vaxt itirmədən mövcud veb-brauzeri “Google Chrome” 94.0.4606.61 (və ya yuxarı) versiyasına yeniləməyə çağırır.

Yeniləmənin effektiv olması üçün veb-brauzer yenidən başladılmalıdır.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti