...

40-dan çox dövlət informasiya resursu Ədliyyə Nazirliyinin elektron rəqəmsal sistemlərinə inteqrasiya edib

Telekommunikasiya Materials 8 Dekabr 2021 16:02 (UTC +04:00)
40-dan çox dövlət informasiya resursu Ədliyyə Nazirliyinin elektron rəqəmsal sistemlərinə inteqrasiya edib

Bakı. Samir Əli - Trend:

Son dövrlər ölkədə rəqəmsal hökumətə keçid həyata keçirilir və ədliyyə sahəsi də bu prosesdən geri qalmır. Bu gün 24 dövlət qurumunun 40-dan çox informasiya resursu Ədliyyə Nazirliyinin elektron rəqəmsal sistemlərinə inteqrasiya edib.

Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyinin İnformasiya və kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib.

"Ay ərzində 5 milyona yaxın notarial sorğu qəbul edilir. Onu da qeyd edim ki, inteqrasiyaların böyük əksəriyyəti Elektron Hökumət və "ASSN Bridge" platformaları üzərindən təmin edilib", - deyə idarə rəisi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti