...

Vətən müharibəsi dövründə Azərbaycana qarşı kiberhücumlar pik həddə çatmışdı - Elektron Təhlükəsizlik Xidməti

Telekommunikasiya Materials 21 May 2022 17:02
Vətən müharibəsi dövründə Azərbaycana qarşı kiberhücumlar pik həddə çatmışdı - Elektron Təhlükəsizlik Xidməti

Trend-i buradan izləyin

Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

44 günlük Vətən müharibəsi dövründə Azərbaycana qarşı kiberhücumlar pik həddə çatmışdı.

Trend-in məlumatına görə, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin direktoru Şahin Əliyev deyib.

Onun sözlərinə görə, bu hücumların qarşısının alınması üçün Elektron Təhlükəsizlik Xidməti digər qurumlarla müvafiq işlər, o cümlədən kiberhücumların aktual növləri barədə əhalinin məlumatlandırılmasını həyata keçirib.

"Düşmən tərəfindən dezinformasiyanın yayılması əsasən sosial şəbəkələrdə reallaşdırılırdı. Qurumlarımız adından yalan informasiyanın yayılmasının və klon səhifələrin yaradılmasının qarşısının alınması üçün dövlət qurumlarının veb-səhifələrinin verifikasiyası üzrə tədbirlər görmək tapşırılmışdı" - deyə o bildirib.

Ş.Əliyev deyib ki, istifadəçilərin sosial şəbəkələrdə profillərinin müdafiəsinin gücləndirilməsi üçün parolları yeniləmək ikifaktorlu autentifikasiyadan istifadə etmək tövsiyə olunur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti