...

Konnekt qlobal partnyora çevrilir

Telekommunikasiya Materials 8 Avqust 2022 12:09 (UTC +04:00)
Konnekt qlobal partnyora çevrilir

Trend-i buradan izləyin

Bakı. Trend:

Ölkənin aparıcı İnternet provayder və Tv yayım şirkətlərindən biri “Konnekt” QSC öz müştərilərini yeniliklərlə təəcübləndirməyə davam edir. Belə ki, “Konnekt” QSC dünyada rəqəmsal platforma kiber təhlükəsizliyi sahəsində tanınmış İrdeto şirkəti ilə əməkdaşlığa başlayıb.

Qeyd edək ki, İrdeto şirkəti bu sahədə fəaliyyət göstərən dünyada məşhur olan bir sıra tanınmış şirkətlərin partnyorudur. Irdeto Cloaked CA bütün dünyada yayım və IPTV operatorları üçün ən qabaqcıl və geniş istifadə olunan kartsız şərti giriş sistemlərindən biridir. Şirkətin təqdim edtiyi unikal şifrələmə sistemi sizin kiber təhlükəsizliyinizi təmin edir. Həm məzmunu, həm də proqram təminatının özünü qorumaq üçün Irdeto-nun eksklüziv təhlükəsizlik texnologiyasından istifadə edərək, Cloaked CA bütün əsas Hollivud studiyaları tərəfindən tanınır və premium məzmunu qorumaq üçün müstəqil sənaye auditorları tərəfindən dəfələrlə sertifikatlaşdırılıb.

“Konnekt” şirkətinin yeni şərti giriş sisteminin istifadəsi - abunəçi avadanlıqları üçün böyük bazara çıxış açır ki, bu da yeni çipsetlərdə, daha kiçik ölçülərdə, aşağı enerji sərfiyyatında və yüksək təsvir keyfiyyətində və sərfəli qiymətdə ən müasir avadanlıqlardan istifadə etməyə imkan verir.

Bu isə öz növbəsində “Konnekt” şirkətinin müştərilərə göstərdiyi xidmətin keyfiyyətini daha da artırır.

“Konnekt” ailəsinə qoşulun və keyfiyyət fərqini sizdə hiss edin!

Xəbər lenti

Xəbər lenti