...

“ChatGPT” əlavə edilmiş “WhatsApp” ilə avtomatik mesaj göndərmək mümkündür

Telekommunikasiya Materials 1 Mart 2023 14:30 (UTC +04:00)
“ChatGPT” əlavə edilmiş “WhatsApp” ilə avtomatik mesaj göndərmək mümkündür
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"Daniel Gross" adlı proqram tərtibatçısı “Python” proqamından istifadə edərək “ChatGPT”-ni “WhatsApp”a inteqrasiya edib.

Trend-in məlumatına görə, “WhatsApp” istifadəçisi heç bir tədbir görmədən avtomatik olaraq qarşı tərəfə mesaj göndərə biləcək. Ancaq qeyd etmək lazımdır ki, bu, nə “OpenAI” tərəfində, nə də “WhatsApp” tərəfində rəsmiləşən bir vəziyyət deyil.

Bu, yalnız Daniel Qross tərəfindən hazırlanıb. “WhatsApp”da “ChatGPT” chatbotunu aktivləşdirmək üçün əvvəlcə dil kitabxanasından faylları yükləmək lazımdır. Bundan sonra “WhatsApp-gpt-main” faylını açmaq və “server.py” sənədini işə salmaq lazımdır. Beləliklə,” ChatGPT” “WhatsApp”a inteqrasiya olunacaq.

“ChatGPT” işləyərkən siz ondan sonra "İs" yazmalı və “OK” düyməsini sıxmalısınız.

Beləliklə, “WhatsApp” hesabının telefon nömrəsi “OpenAI”-nin saytına daxil olacaq və telefon nömrəsi orada qeydiyyatdan keçəcək. Nəhayət, “WhatsApp” istifadəçisi “OpenAI” saytından “İnsan olduğumu təsdiqlə” seçimi ilə prosesi tamamlaya bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti