...

Rabitə Nazirliyi Azərbaycanın İT sahəsinə 10377,9 min AZN sərmayə qoyub

Telekommunikasiya Materials 28 İyun 2006 12:01 (UTC +04:00)

2006-cı ilin yanvar-may aylarında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanın telekommunikasiya sahəsinə 10377,9 min AZN sərmayə qoyub. Nazirlikdən Trend ə verilən məlumata görə, vəsaitlər əsasən rabitə obyektlərinin yenidən qurulmasına, yeni telefon xətlərinin çəkilməsinə yönəldilib.

Bu dövr ərzində Aztelekom İB 4081,3 min AZN, Bakı Telefon Rabitəsi İB - 3913,9 min AZN, Teleradio İB - 1133,6 min AZN, Azerpocht DM - 233,1 min AZN vəsait qoyub.

2005-ci ildə Nazirlik ölkənin telekommunikasiya sahəsinə 157, 571 mlrd. manat sərmayə qoyub ki, bu da 2004-cü ilə olan göstərici ilə müqayisədə təxminən 66 mlrd manat çoxdur.

Azərbaycan Milli Bankının məlumatına görə, 28.06.06-cı il tarixində dolların manata nisbətdə rəsmi məzənnəsi 0,8959 AZN təşkil edir.

Xəbər lenti

Xəbər lenti