...

50 795 kart Azercell-in "10 il kampaniyası" çərçivəsində uduşlu olub

Telekommunikasiya Materials 14 İyul 2006 15:39 (UTC +04:00)

"Azercell Telekom" BM-in fəaliyyətinin on illiyinə həsr olunmuş və iyun ayının 15-dən başlamış "10 il kampaniyası" uğurla davam etməkdədir! Trend agentliyi xəbər verir ki, adıçəkilən kampaniya 10 nəfər "Azercell Telekom" abunəçisinə 2 otaqlı mənzil, 443 766 abunəçiyə 1 881 260 manat dəyərində konturlar və danışıq vaxtı qazandıracaq. 10 il kampaniyası"nda "Azercell Telekom" ailəsinin bütün üzvləri - həm Azercell fakturalı xətt, həm də SimSim, GəncSim və BizdənBizə abunəçiləri iştirak edir.

Kampaniyada üzərində "10 il kampaniyası" loqosu təsvir olunan 20, 40, 100 və 200 manatlıq xüsusi Ödəmə kartları və 2, 10, 20 və 40 manatlıq xüsusi SimSim danışıq kartları oynanılır.

Kampaniyanın başladığı 15 iyun 2006-cı il tarixindən və 30 iyun 2006-cı il tarixləri arasında Fakturalı xətt abunəçiləri 728 ədəd 20 manat, 555 ədəd 40 manat, 151 ədəd 100 manat, 36 ədəd 200 manat balansa hədiyyə yükləməklə həmin məbləğlər çərçivəsində müvafiq Azercell xidmətlərindən istifadə etmək hüququ qazanıb. SimSim, GəncSim və BizdənBizə abonentləri isə 41.600 ədəd 360 kontur, 7.128 ədəd 2.500 kontur, 430 ədəd 5.500 kontur və 167 ədəd 11.500 kontur udub. Göstərilən dövrdə bütün abunəçi qrupları üzrə uduşlar təmin edilib.

Beləliklə, "10 il kampaniyası"nın davam etdiyi cəmi 15 gündə 50 795 ədəd kart abonentlərə müxtəlif ölçüdə danışıq vaxtı və konturlar qazandırıb. Amma 10 ədəd mənzildən ibarət meqa prizlər isə hələ udulmayıb. Kampaniyanın əsas hədiyyələrini - 2 otaqlı mənzilləri 5 kartın üzərindəki hədiyyə pəncərəsində "AZERCELL", "SİMSİM", "GƏNCSİM", "BİZDƏN BİZƏ" və "10 İL" yazılarını tapıb, "Azercell Telekom" BM-in Tbilisi prospekti, 61A ünvanda yerləşən baş ofisinə 15 fevral 2007-ci il tarixinə kimi təqdim edən 10 nəfər abonent ala biləcək.

Xəbər lenti

Xəbər lenti