...

Azərbaycan ITSO beynəlxalq peyk rabitəsi təşkilatının assambleyasında iştirak edib

Telekommunikasiya Materials 27 İyul 2006 15:56 (UTC +04:00)

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi ITSO-nun (International Telecommunications Satellite Organization - Beynəlxalq Peyk Rabitəsi Təşkilatı) növbədənkənar 30-cu assambleyasında iştirak edib. Bu tədbirdə iştirak etmiş Rabitə Nazirliyinin Hüquq və Kadr şöbəsinin rəhbəri Trend ə bildirib ki, Parisdə keçirilmiş assambleyada təşkilata üzv olan 148 ölkənin nümayəndəsi iştirak edib.

İclas ITSO-nun baş direktoru Axmed Tuminin məruzəsilə başlayıb.

İclasda təşkilati məsələlər nəzərdən keçirilib. Azərbaycan B.Məmmədovun qismində C regionundan olan iclasın sədr müavini seçilib ki, bura 14 dövlət daxildir. Təşkilat rəhbərinin Panamsat və Intelsat-ın birləşməsi və müxtəlif ölkələr arasında tezliklərin müəyyənləşdirilməsi məsələləri barədə nitqi dinlənilib.

Növbəti analoji tədbir 2007-ci ilin dekabrın əvvəlində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti