...

Azərbaycan Rabitə Nazirliyində struktur dəyişiklikləri baş verib

Telekommunikasiya Materials 28 İyul 2006 17:08 (UTC +04:00)

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində struktur dəyişikliklər baş verib. Dövlət qurumundan Trend ə verilən xəbərə görə, Əflatun Məmmədovun rəhbəri olduğu telekommunikasiya və informasiya texnologiyaları şöbəsi və Novruz Məmmədovun başçılıq etdiyi poçt rabitəsi şöbəsi ləğv edilib.

"Dövlət müəssisələrinin fəaliyyətinin koordinasiyası" üzrə yeni şöbə yaradılıb və rəisi Ə.Məmmədov təyin olunub. Bu şöbəyə N.Məmmədovun rəhbərliyi altında poçt rabitəsi sektoru da daxil olub.

Nazirlikdən bildiriblər ki, "Strateji planlaşdırma və elmi potensial" şöbəsinin strukturunda Rüfət Gülməmmədovun başçılıq etdiyi "Elmi potensial" sektoru ləğv edilib. O, "İnformasiya cəmiyyətinin inkişafı" adlı yeni şöbəyə başçılıq edir.

Xəbər lenti

Xəbər lenti