...

Azercell abunəçilərinin sayı 2 milyonu keçib

Telekommunikasiya Materials 1 Avqust 2006 17:38 (UTC +04:00)
Azercell abunəçilərinin sayı 2 milyonu keçib

Bu gün Azercell Telecom BM abunəçilərinin sayı 2 milyon nəfəri keçib. Trend agentliyinin məlumatına əsasən, bu barədə müəssisənin rəhbəri Halim Atəş Bakıda müştəri xidmətləri mərkəzinin açılışında bildirib.

2006-cı ildə Azercell İT texnologiyaları sahəsinə $95 mln yatırmaq niyyətindədir ki, bu da əsasən yeni texnologiyaların tədbiqi və abunəçilərin sayının artırılmasına sərf olunacaq.

İlin sonuna qədər abunəçilərin sayını 2,2 mln. nəfərə qədər artırmaq planlaşdırılır.

Bu il şirkətin məqsədi 3G üçüncü nəsil texnologiyası xidmətlərinin tədbiqidir. Azercell bu planının həyata keçirilməsi üçün artıq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət edib.

Xəbər lenti

Xəbər lenti