...

Azercell SimSim, GəncSim və Bizdən-Bizə abunəçiləri üçün 2 hədiyyə kampaniyasının müddətini uzadıb

Telekommunikasiya Materials 2 Avqust 2006 19:40 (UTC +04:00)

Azercell Telekom BM yeni SimSim, GəncSim və Bizdən-Bizə abunəçiləri üçün yeni sürpriz hazırlayıb. 01 may 2006-cı il tarixindən nömrələrini aktivləşdirən abunəçiləri üçün 2 növ hədiyyə kampaniyasının vaxtı 1 dekabr 2006-cı il tarixinə kimi uzadılıb. Kampaniyanın ilkin keçirilmə müddəti 31 iyul 2006-cı il tarixinə qədər idi. Trend agentliyi şirkətə istinadən xəbər verir ki, kampaniyanın yüksək populyarlığını nəzərə alaraq bu müddət daha 4 ay uzadılıb.

01 may 2006-cı il tarixində Azercell ailəsinə qoşulmaqla nömrələrini aktivləşdirən abunəçiləri bir dəfə olaraq pulsuz 15 günlük "ZənglərimCELL" xidməti alacaqlar. Bu xidmətə qoşulmaq üçün aktiv olunan tarixdən etibarən 2 ay ərzində abunəçi sadəcə olaraq Atatürk pr., 2 ünvanında yerləşən "ZənglərimCELL" ofisinə müraciət etməlidir.

Yeni abunəçilərə daha bir sürpriz - 5 ədəd pulsuz melodiya (sadə, polifonik, mp3) verilməsidir. Abunəçilər hədiyyə olaraq şəkil və ya videoparça da seçə bilər. Bunun üçün abunəçi aktiv olunduqdan bir gün sonra, 3 ay ərzində 9229 nömrəsinə melodiya kodunu pulsuz ismarlıcla göndərə bilər (6090 nömrəsinə gondərilən kodlarla eynidir).

Bu xidmət yalnız yeni abunəçilər üçün və yalnız aktiv olunduqları gündən etibarən 3 ay ərzində pulsuzdur. Digər hallarda abunəçilər 9229-a mesaj göndərsələr, 11 kontur və ya 0,05 AZN (ƏDI xaric) xidmət haqqı hesablanır. Kodlarla bağlı daha ətraflı məlumat almaq üçün 497 04 29 telefon nömrəsinə və ya www.mesaj.az İnternet səhifəsinə müraciət etmək olar.

Xəbər lenti

Xəbər lenti