Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi özünün yeni İnternet portalının təqdimatı çərçivəsində 10 dəqiqəlik video çarx hazırlayır. Bu barədə Trend ə nazirlikdən məlumat verilib.
"Biz inofrmasiya və kommunikasiya texnologiyaları üzrə BakuTel-2006 12-ci beynəlxalq sərgisinin yekunlarını müzakirə etmək üçün nazirlik əməkdaşları ilə özəl sektor, QHT və təhsil müəssisələrinin nümayəndələri arasında görüş təşkil etməyi və bu görüşdə saytın təqdimatını keçirməyi planlaşdırırıq", - deyə nazirlikdən qeyd olunub.
Görüşün oktyabrın sonu-noyabrın əvvəlinədək keçirilməsi planlaşdırılır. Portalın Azərbaycan, rus və ingilis dillərində 3 versiyası hazırlanıb. Yeni portala Azərbaycanın rabitə sahəsinə dair geniş məlumatlar daxil edilib. Hər bir dildə materialların həcmi 3500 səhifədən ibarətdir.