...

Azercell yeni rouminq sazişi imzalayıb

Telekommunikasiya Materials 28 Noyabr 2006 13:37 (UTC +04:00)

Azərbaycanın mobil operatoru Azercell Telecom BM Hindistanın "Bharti Airtel" şirkətinin daha üç şəbəkəsi - Kerala, Gujarat, Punjab ilə rouminq xidmətini istifadəyə verib. Trend şirkətin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Azercell-in Bharti Airtel şirkətinin şəbəkələri ilə sayca onuncu rouminq müqaviləsidir. Ümumilikdə isə Azercell bu ölkənin beş - Sterling Cellular, Hutchison Max Telecom (Orange), BPL Cellular Limited, BPL Mobile Communications və Bharti (Airtel) Cellular mobil şirkəti ilə əməkdaşlıq edir.

İndiyə kimi BM dünyanın 135 ölkəsinin mobil rabitə operatorları ilə 303 rouminq sazişi bağlayıb.

Azercell Telecom Birgə Müəssisəsi 19 yanvar 1996-cı ildə yaranıb. Onun ilk təsisçiləri qismində Turkcell İletişim Hizmetleri A.S. və Azərbaycanın Rabitə Nazirliyi çıxış edib. Şirkət öz fəaliyyətinə 15 dekabr 1996-cı ildə, abunəçilərinə sonradan ödənilmə əsasında mobil rabitə xidməti təqdim etməklə başlayıb. 1998-ci ildə öncədən ödənilmə sistemi - SimSim tarif planı, 2005-ci ilin may ayından etibarən isə GəncSim - gənclər üçün tarif planı tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti