...

Azercell abunəçilərin sayının artdığını bildirib

Telekommunikasiya Materials 14 Dekabr 2006 18:40 (UTC +04:00)

Azercell Telecom birgə müəssisəsinin (BM) abunəçilərinin sayı artır. Trend şirkətin baş direktoru Halim Atəşə istinadən xəbər verir ki, hazırda bu rəqəm 2,3 mln. nəfəri ötür. Bu göstərici 1997-ci ildə şirkətin fəaliyyətinin başlandığı dövrdə cəmi 10 min nəfərdən ibarət idi.

Onun sözlərinə görə, şirkət mobil rabitə ilə Azərbaycan ərazisinin 78,4%-ni, respublika əhalisinin 98,8%-ni əhatə edir.

Respublikanın bütün ərazisi üzrə quraşdırılmış baza stansiyalarının sayı 1 mini ötüb. "Biz gələcəkdə də abunəçilərə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi üçün bu istiqamətdə işimizi davam etdirmək niyyətindəyik", - deyə şirkət başçısı bildirib.

Bununla yanaşı, şirkət dünyanın 135 ölkəsinin 308 operatoru ilə rouminq sazişi imzalayıb.

Azercell Telecom BM 19 yanvar 1996-cı ildə yaranıb. Onun ilk təsisçiləri qismində Turkcell İletişim Hizmetleri A.S. və Azərbaycanın Rabitə Nazirliyi çıxış edib. Şirkət öz fəaliyyətinə 15 dekabr 1996-cı ildə, abunəçilərinə sonradan ödənilmə əsasında mobil rabitə xidməti təqdim etməklə başlayıb. 1998-ci ildə öncədən ödənilmə sistemi - SimSim tarif planı, 2005-ci ilin may ayından etibarən isə GəncSim - gənclər üçün tarif planı tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti