...

"Azərcell" GPRS/MMS növbəti rouminq xidmətini təqdim etdi

Telekommunikasiya Materials 20 Dekabr 2006 17:34 (UTC +04:00)

Azərbaycanın vobil operatoru "AzərcellTelecom" BM abonentlərə növbəti rouminq xidmətini - GPRS/MMS təqdim edib. Şirkətin mətbuat xidmətinə istinadən Trend xəbər verir ki, Çin Xalq Respublikasının "China Mobile" operatoru ilə müqavilə bağlanıb.

Bu, ÇXR-dən olan "GRPS/MMS" operatoru ilə ilk razılaşmadır. "Azərcell Telecom"BM artıq 31 dünya ölkəsinin 65 operatoru ilə GRPS/MMS sahəsində rouminq barədə msüqavilə imzalayıb.

"AzərcellTelecom" 1996-cı il 19 yanvarda yaradılıb. İlk təsisçilər Turkcell İletişim Hizmetleri A.S. və Azərbaycan Rabitə Nazirliyi olub.

Şirkət fəaliyyətə 1996-cı il dekabrın 15-də başlayıb, əvvəlcə abonentlərə xidmət sonradan ödəmə əsasında göstərilib, 1998-ci ildə isə öncədən ödəmə sistemi - SimSim tarif planı tətbiq edilməyə başlayıb.

Xəbər lenti

Xəbər lenti