2006-cı ildə Azərbaycanda rabitə sahəsində gəlirlərin artımı 2005-ci ilə nisbətən 24% təşkil edib. Alınmış 572 mln. manatdan 72,3% -i özəl sektorun payına düşüb, bu barədə Rabitə və İnformasiya nazirliyinin maliyyə, hesabat və iqtisadi analiz şöbəsinin rəhbəri Rəşad Nəbiyev xəbər verib.
Onun sözlərinə görə, 2006-cı ildə ölkədə ÜDM-un ümumi artımı 34,5% təşkil edib, ÜDM strukturunda rabitə sahəsindən gəlirlərin payı isə 1,8% təşkil edib.
Rabitə nazirliyinin müəssisələri üzrə əldə olunan gəlirlərin həcmi 170,8 mln. manat təşkil edib ki, bu, 2005-ci illə müqayisədə 14,2 mln. manat (və ya 9,3%) çoxdur.
Əhalidən alınan gəlirlər 62,8 mln. manat təşkil edib ki, bu da 2005-ci ildən 4,5 mln. manat (və ya 7,7%) çoxdur.
Rabitə Nazirliyinnin müəssisələri üzrə 2006-cı ildə 1,8 yeni iş yerləri açılıb. Rabitə işçilərinin orta məvacibi 15% artıb və 155,5 manat təşkil edib Respublika üzrə bu göstərici 140,4 manatdır.