...

Aztelekom Sumqayıtda NGN şəbəkəsinin yaradılması üçün tenderi bağlı elan edib

Telekommunikasiya Materials 30 Yanvar 2007 13:16 (UTC +04:00)

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aztelekom İstehsalat Birliyinin Sumqayıt telekommunikasiya qovşağı (TKQ) Sumqayıtda NGN (Next Generation Network) şəbəkəsinin yaradılması üçün tenderi bağlı elan edib.

Trend TKQ-ya istinadən xəbər verir ki, tender komissiyasının yekun protokoluna əsasən birinci yeri - yerli Kom Plas MMC, ikinci yeri - Çinin Huawei şirkəti, üçüncü yeri - Sloveniyanın Iskratel şirkəti və dördüncü yeri - yerli Sinam MMC tutub.

NGN (növbəti nəsil şəbəkəsi) paket kommutasiyasından istifadə etməklə, nitqin, təsvirlərin və məlumatların ötürülməsi üçün nəzərdə tutulmuş universal çoxməqsədli şəbəkədir. NGN şəbəkəsi telekommunikasiya trafikinin müxtəlif növləri üçün lazım olan xidmət keyfiyyətini təmin edir. Yuxarıda adı çəkilən texnologiyanın tətbiqi abunəçilərə VoIP-telefoniya, səsli poçt, məlumatların ötürülməsi xidməti, multimediya xidmətləri, virtual özəl şəbəkələr, məlumatların unifikasiya edilmiş mübadiləsi, ani məlumat mübadiləsi, interaktiv nitq cavabı sistemi xidmətləri, interaktiv oyunlar, videokonfrans və ev meneceri kimi xidmətlərdən istifadə etmək imkanı verəcək.

Bu istiqamətdə işlər Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramı ("Elektron Azərbaycan") çərçivəsində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti