Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Azərbaycanın mobil operatoru - Azərcell Telecom BM Novruz bayramı ilə əlaqədar iki sosial layihə həyata keçirib. Bu barədə şirəktin mətbuat xidmətindən məlumat verilib.
Şirkət Respublika Uşaq Təşkilatının Yasamal şöbəsinin müraciətinə əsasən, qaçqın, məcburi köçkün, şəhid ailələrindən olan əlil və kimsəsiz uşaqlar üçün bayram tədbiri keçirilib və onlara geyim alınmasına yardım edib.
Azərcelldən maliyyə yardımı həmçinin öz sıralarında torpaqlarımızın bütövlüyü uğrunda döyüşən qadınları birləşdirən Müharibə Veteranı Qadınlara Sosial Yardım İctimai Birliyinə də göstərilib.
Sosial müdafiəyə ehtiyacı olan vətəndaşlarımız Azərcellin maddi dəstəyini həmişə öz üzərində hiss edib və opertor bu məqsədə yönəlik fəaliyyətini bu gün də davam etdirir. Təkcə 2006-cı ildə şirkət sosial layihələrə 1,9 milyon manat sərf edib. Ötən on ildə isə bu məqsədlərə 4,6 milyon manatdan artq vəsait xərclənib.