...

Oracle Azərbaycan müəssisələri üçün yeni biznes-təhlil platforması təqdim edib

Telekommunikasiya Materials 3 Aprel 2007 16:03 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Oracle korporasiyası çoxfunksiyalı, biznes-təhlilin infrastrukturu və alətləri kompleksi standartlarına əsaslanan biznes-təhlilin yeni versiyasını - Oracle Business Intelligence Suite Enterprise Edition 10g Release 3 (Oracle Business Intelligence Suite EE) təqdim edib. Bakıda martın sonunda "Oracle Business Intelligence. Verilənlərin saxlayıcıları, analitik sistemlər" texnoloji konfransında biznes-təhlil platformasının yeni versiyasının Azərbaycan müəssisələri üçün təqdimatı keçirilib.

Oracle Fusion Middleware ailəsinə daxil olan Oracle Business Intelligence EE kompleksinin yeni versiyasında müəssisənin tam miqyasında biznes-təhlilin daha geniş tətbiqini təmin edəcək bir sıra əhəmiyyətli təkmilləşdirmələr yer alıb. Bu sıradan məhsulun istifadəsində rahatlığı artıran bir sıra yeni funksiyaları, Oracle Applications, Oracle Fusion Middleware ailəsinin və Oracle Database VBIS müxtəlif komponentləri ilə daha sıx inteqrasiyasını və həmçinin, Oracle platformasından kənarda reallaşdırılmış məlumat mənbələri ilə daha geniş işləmək imkanlarını qeyd etmək olar. Oracle Business Intelligence Suite EE kompleksi Oracle Business Intelligence Applications əlavəsi ilə birgə istifadə edilməklə, "hər kəs üçün təhlilçilər" konsepsiyasını həyata keçirməyə imkan verir ki, bu da aşağıdakıları nəzərdə tutur:

-Biznesin səmərəliliyinin artırılmasına kömək edən mühüm məlumatın vaxtında bütün istifadəçilərə təqdim edilməsi;

-Bildiriş, informasiya panelləri və hesabatlar da daxil olmaqla məlumat daşınmasının bütün vasitələrinin tətbiqi ilə məlumatlara daxil olmaq imkanının təşkili;

-Mövcud biznes-prosesləri və əməliyyat axınları ilə inteqrasiya;

-Müəyyən dövrdən sonra verilənlərin artan həcminin dəstəklənməsi və istifadəçilərin ehtiyaclarının ödənilməsi üçün biznes-təhlil platformalarının qənaətli miqyaslaşdırılması.

"Oracle Business Intelligence Suite EE həm Oracle VBIS-dən istifadə edən sistemlər, həm digər istehsalçıların platformalarında işləyən əlavələr üçün və həmçinin heterogen şəraitlərdə təhlillər aparmağa və hesabatlar hazırlamağa imkan verir- deyə IDC şirkətinin Integration, Development and Application Strategies bölməsinin vitse-prezidenti və baş meneceri Henri Morris (Henry Morris) bildirir. "Bu həll bir il əvvəl Oracle korporasiyası tərəfindən alınmış Siebel şirkətinin biznes-təhlili texnologiyasına əsaslanır və Oracle Business Intelligence Publisher məhsulunu özündə birləşdirir. Bütün bunlar müştərilərə biznes-təhlil üçün alətlərin tam dəstini təklif etməyə və hesabatları rəqabətqabiliyyətli qiymətlərlə formalaşdırmağa imkan verir" .

Oracle Business Intelligence EE-in yeni versiyası 300-dən artıq yeni funksiya təqdim etməklə müəssisə miqyasında bütün fəaliyyət istiqamətlərində tətbiq edilən və ya "nüfuzedici" biznes-təhlil konsepsiyasını reallaşdırmağa imkan verir.

Linux- və Windows platformaları üçün Oracle Business Intelligence Suite EE məhsulunu hər bir istifadəçi 1500 dollara və ya hər bir prosessor üçün 225 minə əldə edə bilər.

Xəbər lenti

Xəbər lenti