...

UNDP və Azərbaycanın Rabitə Nazirliyi yeni layihələrin həyata keçirilməsində maraqlıdır

Telekommunikasiya Materials 10 May 2007 18:56 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov BMT İnkişaf Proqramının (UN DP) Azərbaycanda rezident-əlaqələndiricisi Bruno Pueza ilə görüşüb. Bu barədə Nazirliyin mətbuat xidmətindən bildirilib.

BMT nümayəndəsi ilə görüşdə nazir informasiya texnologiyaları sahəsində ölkədə həyata keçirilən layihələr, həmçinin UN DP ilə birgə həyata keçirilən AzDATACOM və AzNET layihələri ilə bağlı məlumat verib.

Pueza Nazirliklə əməkdaşlıqdan razı qaldığını, gələcəkdə bu əməkdaşlığın yeni layihələrin həyata keçirilməsi ilə genişləndirilməsini nəzərdən keçiridiyini söyləyib. O bildirib ki, gələcəkdə AzNET layihəsinin genişləndirilməsində maraqlıdır.

Pueza həmçinin bildirib ki, UN DP ekspertlərinə təqdim olunmaq üçün Azərbaycanın IT sahəsində birgə layihələrin həyata keçirilməsi ilə bağlı məsələlərə baxacaq. Belə ki, o, regionun informasiya-kommunikasiya texnologiyaları mərkəzinə çevriləcəyinə inanır.

Rabitə Nazirliyi UN DP ilə birgə AzNET, National E-Governance Network Initiative və s. layihələr həyata keçirir.

Xəbər lenti

Xəbər lenti