...

Azərbaycanın rabitə naziri: "Stasionar telefonlardan mobil nömrələrə zənglərin qiyməti azaldıla bilər"

Telekommunikasiya Materials 18 May 2007 14:44 (UTC +04:00)
Azərbaycanın rabitə naziri: "Stasionar telefonlardan mobil nömrələrə zənglərin qiyməti azaldıla bilər"

Azərbaycan, Bakı/ Trend S.Babayeva/ Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi stasionar telefonlardan mobil telefonlara zənglərin qiymətini aşağı salmağı təklif edir. Bunu cümə günü nazir Əli Abbasov mətbuat konfransında bildirib.

"Bu xidmətin qiymətinin azaldılması ona gətirib çıxaracaq ki, bazarda olan mobil rabitə operatorları itkilərdən qaçmaq üçün öz tariflərini aşağı salacaqlar" - deyə nazir bildirib.

Dünən Tarif Şurası hazırda mövcud olan abunə haqlarının iyunun 1-dən etibarən 0,7 manatdan 2 manata qədər artırılması barədə qərar qəbul edib. Bunun əvəzində respublika daxilində şəhərlərarası danışıqların qiyməti 0,09 manatdan 0,07 manata qədər azaldılıb.

Bütün qruplardan olan abunəçilər üçün də beynəlxalq danışıqların qiyməti azaldılıb:

- MDB və Baltikyanı ökələrə zənglər 0,45 manatdan 0,36 manata,

- İran, Türkiyə, Pakistana 0,54 manatdan 0,45 manata,

- Avropa ölkələrinə 0,72 manatdan 0,54 manata,

- ABŞ və digər ölkələrə 0,9 manatdan 0,54 manata.

Əhalinin sosial iqtisadi vəziyyəti ilə bağlı şəhərlərlə müqayisədə regionlarda əhali üçün mümkün güzəştlərin tətbiqi ilə bağlı məsələyə münasibət bildirən nazir bildrib ki, regionlarda telefon rabitəsinin saxlanılması şəhərə nisbətən daha baha başa gəlir. "Ölkədə əmək haqları, pensiya, əhalinin adambaşına düşən gəlir artır. Bunun hesabına da tariflər kompensasiya olunur" - deyə nazir söyləyib.

Abbasov şəhərdaxili zənglərə limitin daha effektiv ola biləcəyini desə də, Tarif Şurasının qərarını dəstəkləyir. "İstisna deyil ki, belə bir ehtiyac yaranacağı təqdirdə biz başqa təkliflə çıxış edəcəyik. Bu həm artım, həm də azalma ilə bağlı ola bilər" - deyə nazir yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti