...

Azərbaycanda İnternet şəbəkəsinə çıxışla bağlı qiymətlərin aşağı düşəcəyi gözlənilir

Telekommunikasiya Materials 1 Avqust 2007 13:05 (UTC +04:00)
Azərbaycanda İnternet şəbəkəsinə çıxışla bağlı qiymətlərin aşağı düşəcəyi gözlənilir

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Çərşənbə günü Azərbaycanın İnternet Cəmiyyətinin rəhbəri, "Azərin" provayder şirkətinin baş direktoru Qalib Qurbanovun verdiyi məlumata görə, yaxın aylarda Azərbaycanın İnternet provayderləri təklif etdikləri xidmətlərin tariflərini endirəcəklər. Onun sözlərinə görə, tariflərin endirilməsi "Delta Telecom" şirkəti tərəfindən təqdim olunan beynəlxalq İnternet kanalının ötürmə sürətinin bir neçə dəfə artırılması hesabına mümkün olacaq. "Əvvəlki tariflərə görə biz daha sürətli İnternet əldə edirik. Bunun nəticəsində Azərbaycanın İnternet provayderləri tərəfindən təklif olunan tarifləri aşağı salmaq mümkün olacaq" - deyə Qurbanov bildirib.

Cəmiyyətin rəhbəri hesab edir ki, qiymətlərin aşağı salınması ölkədə ADSL genişzolaqlı İnternetinin genişlənməsinə səbəb olacaq.

Azərbaycanın İnternet Cəmiyyəti 46 fiziki və hüquqi şəxsdən ibarətdir. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, hazırda Azərbaycanda İnternet istifadəçilərinin sayı 900 min nəfər təşkil edir.

Xəbər lenti

Xəbər lenti