...

Qusarda elektron ATS quraşdırılması üçün tender elan olunub

Telekommunikasiya Materials 4 Avqust 2007 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Qusar rayon Telekommunikasiya Mərkəzi (TKM) Qusar şəhərində elektron ATS-in quraşdırılması üçün qiymət sorğusu elan edib. TKM tender komissiyası bildirir ki, stansiyanın tutumu 304/480 nömrə/kanal olmalıdır.

İştirak etmək istəyən şirkətlərin təklifləri avqustun 5-nə qədər qəbul olunacaq. Əlavə məlumat üçün TKM-ə müraciət etmək lazımdır. Tender təkliflərinin açılışı elə həmin gün Bakı vaxtı ilə saat 15:00-da baş tutacaq.

Regionlarda rabitənin yenidənqurulması Azərbaycanda rabitə və informasiya texnologiyaları sisteminin inkişafı Dövlət Proqramı 2005-2008 ("Elektron Azərbaycan") və regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti