...

Azərbaycanın "CASPEL" şirkəti "Cisco Advanced Routing and Switching" ixtisaslaşması alıb

Telekommunikasiya Materials 31 Avqust 2007 15:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Azərbaycanın informasiya texnologiyaları bazarının liderlərindən biri olan "CASPEL" şirkəti "Cisco Advanced Routing and Switching" statusu alıb. Bu barədə şirkətin məlumatında bildirilir.

Bu ixtisaslaşmanın alınması şirkətin məlumatların ötürülməsi, kompus və əlaqə operatorları şəbəkələrinin quraşdırılması üçün marşrutlaşdırma və kommutasiya üzrə həllərin reallaşdırılması və verilməsi sahəsində yüksək təcrübəsini təsdiq edir.

"Cisco Advanced Routing and Switching"in ixtisaslaşmanın fərqli xüsusiyyələrindən biri mütəxəsislərin nəinki texniki hazırlığ səviyyəsinə, həm də sifarişçilərlə vasitəsiz iş təşkilat metodunu tələb edir.

"Cisco Life Cycle Services" konsepsiyanın əsas məqsədi müştəri və inteqratorun qarşılıqlı risqini minimuma endirmək, həmçinin sifarişçinin təminatını maksimuma çatdırmaqdır.

"CASPEL" şirkəti sistemli inteqrator və məlumatların ötürülmasi, şəbəkə mövqelərinin həlli, proqram təminatının işlənməsi, dünyanın qabaqcıl istehsalçıları tərəfindən müasir avadanlıqla təchiz edilməyə imkan yaradır.

Xəbər lenti

Xəbər lenti