...

Azərbaycanın iri bankı auditor seçir

Tender müsabiqələri Materials 24 Aprel 2012 18:11 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı (ABB) özünün və törəmə strukturlarının birləşdirilmiş maliyyə hesabatlarının auditini aparmaq üçün kənar auditin seçilməsi ilə bağlı açıq tender elan edib.
Azərbaycanın iri bankı auditor seçir

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan Beynəlxalq Bankı (ABB) özünün və törəmə strukturlarının birləşdirilmiş maliyyə hesabatlarının auditini aparmaq üçün kənar auditin seçilməsi ilə bağlı açıq tender elan edib.

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı tender komissiyasının rəsmi mətbuatda dərc edilən məlumatında deyilir.

İlin birinci yarısında və ümumilikdə 2012-ci il ərzində ABB və onun törəmə strukturlarının ("Azərbaycan Beynəlxalq Bankı-Moskva" MMC, "Azərbaycan Beynəlxalq Bankı-Gürcüstan" SC, "Beynəlxalq Sığorta Şirkəti" ASC, "Azərikard" MMC) hesabatlarının auditi beynəlxalq maliyyə hesabatlılığı standartları və beynəlxalq audit standartlarına uyğun aparılmalıdır.

İştirak haqqı min manat olan tenderin şərtlərinə əsasən, 2012-ci ilin birinci yarısı ərzində hesabatların auditinin nəticələri cari ilin oktyabr ayının 1-dən, ümimilikdə 2012-ci il ərzindəki nəticələr isə 2013-cü ilin may ayının 1-dən gec təqdim edilməməlidir.

Tender təklifləri 2012-ci il 11 iyun, saat 18:00-dək qəbul edilir.

Xəbər lenti

Xəbər lenti