...

“PAŞA Sığorta” şirkəti “Bakı Gəmiqayırma Zavodu” və “Mərkəzi Klinika” MMC-nin elan etdiyi tenderlərin qalibi olub

Tender müsabiqələri Materials 22 Aprel 2021 14:11 (UTC +04:00)
“PAŞA Sığorta” şirkəti “Bakı Gəmiqayırma Zavodu” və “Mərkəzi Klinika” MMC-nin elan etdiyi tenderlərin qalibi olub

Bakı. Trend:

Cari ilin ilk rübündə tenderlərdəki qalibiyyəti ilə diqqət mərkəzində olan “PAŞA Sığorta” şirkəti daha iki tenderdə qalib elan edilmişdir. Belə ki, “Bakı Gəmiqayırma Zavodu” MMC və “Mərkəzi Klinika” MMC şirkətləri elan etdikləri tenderdə qeyri-həyat sığorta bazarının lideri olan “PAŞA Sığorta”nın zəmanətinə və təminatına üstünlük verib.

“Bakı Gəmiqayırma Zavodu” MMC 2021-2022-ci illər ərzində zavodun əmlakını ortaya çıxa biləcək risklərə qarşı “PAŞA Sığorta”nın təklif etdiyi əmlak sığortası ilə təminat altına alıb. “Mərkəzi Klinika” MMC isə 2021-ci il üçün klinikanın əmlakının və 3-cü şəxslər qarşısında mülki məsuliyyətinin sığortasını “PAŞA Sığorta”ya həvalə edib.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti