...

Küveytli ekspertlər Azərbaycanın turizm imkanları barədə məlumatlandırılıb (FOTO)

Turizm Materials 19 Mart 2018 14:41 (UTC +04:00)
Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman Ərəb Turizm Təşkilatının elektron turizm üzrə ekspertləri, küveytli bloqqerlər Həsən Əl-Kəndəri və Xalid Əl-Vəsmi ilə görüşüb.
Küveytli ekspertlər Azərbaycanın turizm imkanları barədə məlumatlandırılıb (FOTO)

Bakı. Trend:

Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman Ərəb Turizm Təşkilatının elektron turizm üzrə ekspertləri, küveytli bloqqerlər Həsən Əl-Kəndəri və Xalid Əl-Vəsmi ilə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Xalid Əl-Vəsmi hazırladığı “Azərbaycanın interaktiv turizm xəritəsi 2018” adlı banneri səfirliyə təqdim edib. Küveytli ekspertlər Azərbaycanın interaktiv xəritəsinin ölkənin ən mühüm turizm məkanlarını, ticarət mərkəzlərini, kafe və restoranları özündə əks etdirdiyini deyiblər. Xəritə barkod, mobil telefon kamerası və yaxud snəpçat proqramı vasitəsilə açıla bilər.

Görüşdə küveytli qonaqlara Azərbaycanın turizm imkanları barədə ətraflı məlumat verilib, ölkələrimiz arasında turizm sahəsində əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti