...

Bu il Azərbaycana gələn turistlərin sayı iki dəfədən çox artıb

Turizm Materials 9 Sentyabr 2022 14:45 (UTC +04:00)
Bu il Azərbaycana gələn turistlərin sayı iki dəfədən çox artıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ötən illə müqayisədə bu il Azərbaycana gələn turistlərin sayı iki dəfədən çox artıb.

Bunu Trend-ə turizm məsələləri üzrə ekspert Ceyhun Aşırov deyib.

O qeyd edib ki, xüsusilə yay mövsümündə daha çox intensivlik müşahidə edilib.

“Xüsusən ərəb ölkələri, Pakistan, Hindistan, İsraildən daha çox gələnlər oldu. Artıq mövsüm başa çatdığına görə ölkəmizə gələn turistlərin sayında azalma müşahidə olunur”, - deyə o bildirib.

C.Aşırovun sözlərinə görə, ötən illə müqayisədə bu il həm də xaricdə istirahətə gedən Azərbaycan vətəndaşlarının sayı 2 dəfəyə qədər artıb.

“Vətəndaşlar xüsusilə Türkiyə, Mərakeş, Gürcüstana səfər ediblər. Avropa ölkələrinə gedənlər az oldu, çünki orada viza prosedurları kimi suallar var”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti