Bakı. Trend
Azərbaycanın qastronomiya turizminin inkişafı sahəsində potensialı böyükdür.
Trend xəbər verir ki, bunu bu gün Bakıda keçirilən "Azərbaycan kulinariyasının təbliğat perspektivləri" adlı tədbirdə Dünya Kulinariya Təşkilatları Assosiasiyasının ("Worldchefs") prezidenti Tomas Quqler bildirib.
"Azərbaycanla bağlı əsas məqsədimiz ölkənizin kulinariya sahəsində parlamasına nail olmaqdır. Hesab edirəm ki, Azərbaycanın təqdim etdiyi mətbəx ənənələri müstəsnadır. Azərbaycanın iqlimi ilin 4 fəslində bütün məhsulların becərilməsinə şərait yaradır. Ötən il Şuşada keçirilmiş kulinariya festivalı Azərbaycanın bu sahədəki potensialının təqdim edilməsi istiqamətində ilk addım idi. Bu tədbirlərin keçirilməsində əsas məqsəd ölkənizin milli kulinariya ənənələrini təkcə ölkə hüdudlarında deyil, onun sərhədlərindən kənarda da təqdim etməkdir", - deyə o qeyd edib.