...

Qırğızıstanda Azərbaycanın turizm potensialı təbliğ olunub

Turizm Materials 28 Sentyabr 2024 16:34 (UTC +04:00)
Qırğızıstanda Azərbaycanın turizm potensialı təbliğ olunub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 27 - 28 Qırğızıstan Respublikasının Oş şəhərində təşkil edilmiş 8-ci "Cənub-Ekspo 2024" və 4-cü "Qırğızıstan - Böyük İpək Yolunda" adlı beynəlxalq turist sərgi və yarmarkalarında Azərbaycan təmsil olunub.

Trend bu barədə Dövlət Turizm Agentliyinə istinadən məlumat verir.

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin təmsilçiliyi ilə keçirilən sərgi və yarmarkalarda ölkəmizin mövcud turizm potensialı Azərbaycan milli stendində təbliğ edilib.

Həmçinin sərgi çərçivəsində baş tutan investisiya forumu çərçivəsində təşkil edilən "Böyük İpək Yolunda Turizm" adlı plenar sessiyada ölkə turizmi haqqında təqdimat həyata keçirilib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti