...

Cənubi Koreya sahillərində balıqçı gəmisi batıb: ölənlər və itkin düşənlər var

Turizm Materials 10 Fevral 2025 04:58 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreya sahillərində 14 heyət üzvü olan balıqçı trauleri batıb, nəticədə dörd nəfər həlak olub, beş nəfər isə itkin düşüb.

Trend xəbər verir ki, xilasetmə əməliyyatlarına 24 patrul gəmisi, dörd hərbi-dəniz qüvvələri gəmisi, 13 təyyarə və digər xilasetmə gəmiləri cəlb edilib.

Sahil mühafizəsi bir neçə saat sonra gəmini 80 metr dərinlikdə, Yosu yaxınlığındakı Habaek adasından təxminən 17 kilometr şərqdə aşkar edib. Ölənlər arasında 66 yaşlı kapitan da var. Xilas olunan dörd nəfərdən biri gəminin içərisində huşsuz vəziyyətdə tapılıb.

Məlumata görə, gəmidə səkkiz Cənubi Koreya, üç Vyetnam və üç İndoneziya vətəndaşı olub. İlkin olaraq səkkiz nəfər xilas edilib: beş nəfər xilasetmə salında, üç nəfər isə suda üzərkən aşkar olunub. Lakin daha sonra kapitan da daxil olmaqla dörd nəfər dünyasını dəyişib.

Xilasetmə əməliyyatı çətin hava şəraitinə görə çətinləşir. Hündür dalğalar sahil mühafizəsinə məxsus kateri aşırıb, lakin göyərtədə olan altı nəfər sahil mühafizəsinin digər gəmisi tərəfindən xilas edilib.

Xəbər lenti

Xəbər lenti