Bakı. Trend:
ABŞ qoşunlarının bir hissəsini Avropadan çıxara bilər.
Trend xəbər verir ki, bu açıqlama ilə NATO Hərbi Komitəsinin rəhbəri, italiyalı admiral Cüzeppe Kavo Draqone çıxış edib.
Admiral Kavo Draqone bildirib ki, Vaşinqton alyansdan çıxmağı planlaşdırmır, lakin ABŞ-ın Sakit okean regionunda götürdüyü öhdəliklərə görə, qoşun kontingentinin bir hissəsinin Avropadan çıxarılması gündəmə gələ bilər.
Lakin admiral Kavo Draqone əlavə edib ki, "mən inanmıram ki, Amerika hərbçilərinin böyük bir hissəsi Avropanı tərk edəcək".