...

"Tekfen Construction" ARDNŞ üçün yeni inzibati binanın inşasına başlayır

Energetika Materials 25 İyun 2010 15:31
Türkiyənin "Tekfen Construction" şirkəti iyundan Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) üçün yeni inzibati binanın inşasına başlayır, - "Tekfen"in yaydığı məlumatda deyilir.
"Tekfen Construction" ARDNŞ üçün yeni inzibati binanın inşasına başlayır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir E.İsmayılov/

Türkiyənin "Tekfen Construction" şirkəti iyundan Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) üçün yeni inzibati binanın inşasına başlayır,  - "Tekfen"in yaydığı məlumatda deyilir.

Tərəflər Azərbaycanın paytaxtında ARDNŞ-in yeni mənzil-qərargahının inşası ilə bağlı ümumi 235 milyon dollar dəyərində saziş imzalayıblar. Tikintinin 32 ay ərzində başa çatdırılması planlaşdırılıb.

Binanın dizaynı Cənubi Koreyanın "Heerim Architects" şirkəti tərəfindən hazırlanıb. Yeni qərargahın hündürlüyü 173 metr olacaq. 32 mərtəbəli bina 12 000 kvadratmetr sahəni əhatə edəcək.

ARDNŞ artıq Heydər Əliyev prospektində yeni binanın inşası üçün yer alıb.

Yeni inzibati binada bir neçə konfrans zalı, qonaq otaqları, sosial-məişət obyektləri, yerüstü və yeraltı dayanacaqlar, texniki sahələr və idman zalı fəaliyyət göstərəcək.

Xəbər lenti

Xəbər lenti