Bakı. Elmira Tariverdiyeva – Trend:
Suriya məsələsində beynəlxalq birliyin Rusiyanı dəstəkləməsi regionda baş verənlərə real yanaşmadan xəbər verir.
Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Suriya məsələsində Azərbaycanın Rusiyanın mövqeyini dəstəkləməsi məsələsini şərh edərkən deyib.
O bildirib: "Təbii ki, bizim üçün ölkələrin yanaşmalarında KİV-də olan informasiya kampaniyasına deyil, faktiki vəziyyətə əsaslanmaları önəmlidir".